Bu şəxslərin maaşı artacaq - RƏSMİ

Bu şəxslərin maaşı artacaq - RƏSMİ “Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi olacaq.

Bunu “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev “2023-Hesabat” adlı tədbirdə bildirib.

“Büdcə xərclərində də bu istiqamətdə 15 faizlik artım nəzərdə tutulub” – o bildirib.

Qurum rəsmisinin sözlərinə görə, son 3 ildə “Azərpoçt” MMC-nin aktivləri 5 dəfəyə yaxın artıb, müştəri bazasının artımı hesabına müştəri qalıqlarının həcmi isə 2020-ci ilə nisbətdə 10 dəfə artıb: “2020-ci ildə 7,7 milyon manat xalis zərər olmasına baxmayaraq 2023-cü il ərzində 4,6 milyon manat xalis gəlir əldə edilməsinə nail olunub”.

Oxşar xəbərlər