
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.
“Dövlətə məxsus səhmlərin payının 95,15% təşkil etməsi nəzərə alınaraq dövlətə çatacaq dividend məbləği 142,7 milyon manat təşkil edib. Həmin məbləğ isə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının dövlət zəmanəti ilə buraxdığı qiymətli kağızlar üzrə yaranmış borc öhdəliklərinin əvəzləşdirilməsinə yönəldilib.
Nəticə etibarı ilə dövlət zəmanətli veksellər üzrə öhdəliklərin Təminat Fondundan icra edilməli və müvafiq məbləğdə vəsaitin Fonda bərpa edilməsi haqqında əsas borcalanla müqavilə bağlanılmalı olduğu halda, dövlət təminatlı borc üzrə vaxtı çatmış öhdəliklər dövlət büdcəsinin gəlirləri hesabına əvəzləşdirilib, ödənilmiş vəsaitin isə Fonda bərpa edilməsinə şərait yaradılmaması qənaətinə gəlməyə əsas verib.
ABB-nin yalnız 2021-ci ilin dövlət büdcəsində son illərdə ilk dəfə 120 milyon manat məbləğində dividend ödəməsi nəzərdə tutulub”, - deyə Rəydə qeyd olunub.