Bakı Dövlət Universitetinin parlayan Ulduzu

Bakı Dövlət Universitetinin parlayan Ulduzu Bakı Dövlət Universitetində onu tanımayan az adam tapılar. Öz işi, bacarığı, məsuliyyəti ilə çoxlarının qəlbinə yol açıb. Səhərlər işə gedəndə ali təhsil ocağına
ayaq basanda təmizlik, gözoxşayan səliqə-sahmanın şahidi oluruq. Açığını qeyd edim ki, uzun illər bu cür təmizliyin, gözəlliyin şahidi olmamışam. Neçə vaxtdan
bəri müşahidə etdiklərim və gördüklərim məni qələmə sarılmağa vadar etdi.
Abadlıq və təmizlik sektoruna rəhbərlik edən Ulduz Əhmədovdan soruşanda ki, siz qısa vaxt ərzində bu uğurlara necə nail oldunuz? (gülür) Cavabı da bu oldu ki, mən dədə-babadan bu cür öyrənmişəm.
Öz işinə vicdanla yanaşan, insanlarla düzgün münasibət quran humanist qəlbli, təvazökar insan Ulduz Əhmədovda bu yüksək keyfiyyətlər görəsən haradandır? Göz açdığı Lerik rayonunun axarlı-baxarlı, dağlar qoynunda yerləşən Əvilə kəndinin təmiz havasından, saf suyundandır. Onu deyə bilərik ki, görünən və
diqqət çəkən səliqə-sahman, təmizlik və abadlıq işləri göz önündədir. Olduqca sadə görünən Ulduz Əhmədovun həm də Həmkarlar təşkilatının üzvü kimi fəaliyyəti danılmazdır. Xəstələrə, ehtiyacı olanlara kömək əli uzatmaq onun fəaliyyətinin tərkib hissəsidir.
Öz işinin öhdəsindən layiqincə gəlməklə yanaşı , həm də tapşırılan digər işlərə xüsusi nəzarət etməyi onun gündəlik işi saymaq olar. İşlərin düzgün təşkili,
təşkilatçılıq qabiliyyəti, işçilər arasında işin ədalətli bölüşdürülməsi, tabeliyində olan işçilərə diqqət və qayğı göstərməsi onun əsas iş prisiplərindəndir. Məhz
bunun nəticəsidir ki, o, uğurlara imza ata bilir.
Yeri gəlmişkən onu da deyim ki, bu yaxınlarda BDU-nun rektoru Elçin Babayev onun yüksək keyfiyyətlərini nəzərə alaraq hüquq müstəvisində ona geniş
meydan verdi. Rektorun bu addımı tərifəlayiqdir. Belə kadrlar bütün sahələrdə düzgün təyin olunarsa, qısa müddət ərzində irəlləyişlər daha çox olar. Necə
deyəllər, tək istək olsun.
Bu gün Bakı Dövlət Universitetində başqalarına da örnək ola biləcək bir Ulduz nümünəsi var. O Ulduz ki, həm parlayır, həm də işıq saçır. Təki bu Ulduz
həmişə parlasın, başqalarına da işıq saçsın. Qızılı payız da təki ürəklərə istilik gətirsin, ən azından Ulduz kimi. Uğurların bol olsun!
Bu istəklə: Zahid Hüseynli

Oxşar xəbərlər