
HƏMAS hərəkatı Qəzza zolağında Yeni ili açıq şəkildə bayram etməyə qadağa qoyub, yerli hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib, qanuninfo.az RİA Novosti-yə istinadən xəbər verir.
“Heç bir restoran, otel yaxud digər idarə DİN və polis departamentindən Yeni il tədbirlərini keçirməyə icazə almayıblar”, - polislərdən biri bəyan edib.
Onun sözlərinə görə, Yeni ilin bayram edilməsi islam adətləri, ənənləri, dəyərləri və qanunlarına ziddir.