İsrail - HƏMAS savaşı Misirə də sıçradı: yaralananlar var - VİDEO

İsrail - HƏMAS savaşı Misirə də sıçradı: yaralananlar var - VİDEO HƏMAS ilə İsrail arasında döyüşlər çərçivəsində buraxılan raket Misirin Qəzza zolağından təxminən 220 km uzaqlıqda Sinay yarımadasındakı Taba şəhərini vurub.

Xarici "Haber7com" xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Misir mətbuatında verilən məlumata görə, raket Taba xəstəxanasının rəhbərliyinə ayrılmış iqamətgaha düşüb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib və lazımi araşdırmalara başlanılıb.

Raketin haradan atıldığı hələlik məlum deyil.

Oxşar xəbərlər