Erməni vəhşiliyi, vandalizmi işğal edilmiş digər rayonlarımız kimi Zəngilan rayonundan da yan keçməyib

Erməni vəhşiliyi, vandalizmi işğal edilmiş digər rayonlarımız kimi Zəngilan rayonundan da yan keçməyib
Zəngilan rayonu Azərbaycanın cənub-qərbində yerləşib, şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Zəngin təbiətə malik olan Zəngilan rayonu sahəsinə görə Avropada birinci olan Bəsitçay təbii çinar meşəsi, qızıl, mərmər kimi təbii sərvətləri olan füsünkar bir məkandır. Öz iqlimi ilə Azərbaycanın digər rayonlarından fərqlənən rayonun ərazisindən Araz, Oxçuçay, Həkəri, Bəsitçay kimi daimi axarlı çayları keçir.
Zəngilan Cəbrayıl və Füzuli rayonları işğal olunduqdan sonra iki ay tam mühasirə şəraitində qalan, bütün hücumlara igidliklə sinə gərən, son anadək vuruşaraq, 235 şəhid verərək bölgəni tərk edən mərd oğullar yurdudur. Rayon 1993-cü il 29 oktyabr tarixində işğal edilmişdir.
Erməni vəhşiliyi, vandalizmi işğal edilmiş digər rayonlarımız kimi Zəngilan rayonundan da yan keçməyib. 27 il boyunca dağıdılmış tarixi və dini memarlıq abidələri, yandırılımış evlər, meşələr, qırılıb daşınmış ardıc, çinar, qoz, palıd ağacaları rayonun təbiətinə, təbii füsünkar gözəlliyinə xeyli ziyan vurmuşdur.
2020-ci il sentyabrın 27-də başalayan Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin səyi, əzmi nəticəsində düşmənə sarsıdıcı zərbə vuraraq, məğlubiyyətə uğradaraq 44 gündən sonra başa çatdı. Ordumuz 2020-ci il oktaybrın 18-dən Zəngilan rayonunun azad edilməsi uğrunda uğrunda döyüşlər başlamışdır. Oktyabrın 20-də rəşadədli ordumuz tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbə və 49 kəndi işğaldan azad edildi. Və bununla da Azərbaycan İran sərhəddi tam bərpa olundu.
Bu gün Zəngilanın işğaldan azad olunmasından 3 il ötür. Artıq ürək yanğısı ilə 29 oktyabr tarixini Zəngilanın işğalı günü kimi deyil, qələbə ruhu, sevinc hissi ilə 20 oktyabırı Zəngilan rayonunun işğaldan azad olunması kimi xatırlayacağıq. Bizə bu möhtəşəm zəfəri yaşadan dəyərli oğullarımız, rəşadətli ordumuzdur. Təbii ki, qazanılan qələbə yalnız silah gücü deyil, Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin müstəqil siyasətinin, beynəlxalq siyasi arenalardakı yüksək nüfuzunun, yüksək məntiqi, siyasi təfəkkürünün nəticəsidir.
Rayon işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev dəfələrlə səfər etmiş və rayonun bərpa edilməsi üçün göstərişlər vermişdir. Artıq bu ərazilərdə yüksək quruculuq işləri aparılır, “Böyük Qayıdış” planları sürətlə reallaşır. İlk pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Bu ərazilərin “yaşıl enerji” potensialı çox böyükdür.
Zəngilanın işğaladan azad edilməsi Azərbaycan üçün strateji əhəmiyyəti çox böyükdür. Belə ki, Zəngilanı Naxçıvanla 40 kilometrlik Zəngəzur dəhlizi birləşdirir. Bu dəhlizin açılması Naxçıvanı blokada şəraitindən çıxarmaqla yanaşı, əzəli torpağımıza Zəngəzura yenidən qayıdışı bərpa edəcəkdir. Bu həm də beynəlxalq iqtisadi əlaqələrə də yeni perpektivlər açacaqdır.
Ümumiyyətlə, Zəngilanın həmçinin Qarabağın işğaldan azad olunmasının əhəmiyyətini saymaqla bitən deyil. Bəli bu qələbə Cənab Ali Baş Komandanımızın siyasətinin, rəşadətli ordumuzun, iradəli, güclü əsgərlərimizin, öz canından, qanından keçən şəhidlərimizin qələbəsidir! Gələcək nəsillər bu şanlı zəfəri, bu qələbəni böyük fəxarət hissi ilə, qürur hissi ilə xatırlayacaq və bu yolda öz gücünü, səyini göstərən hər bir şəxsin xatirəsini əbədiləşdirəcəkdir!

Bakıxanov qəsəbəsi, 96 №-li tam orta məktəbin
Coğrafiya müəllimi Aytən Məmmədova

Oxşar xəbərlər