Gürcüstanda keçirilən görüşlərin nəticəsi olaraq təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə imzalanıb

Gürcüstanda keçirilən görüşlərin nəticəsi olaraq təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə imzalanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 8-də başa çatıb. Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava limanında Prezidentimizin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yola saldı. Bütün bunlar ölkələrimiz arasındakı əlaqələrə nə qədər önəm verildiyini göstərir.
Prezident İlham Əliyevin Gürcüstana səfəri çox böyük əhəmiyyətə malik idi. Bu səfərin nəticələri yalnız Cənubi Qafqaz ölkələrinin deyil, dünyanın maraq dairəsindədir. İlk növbədə qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri əslində Cənubi Qafqazda böyük barışın,sülhün və sabitliyin başlanğıcını qoydu. Azərbaycan Prezidentinin verdiyi bəyanatlara əsasən demək olar ki, Cənubi Qafqaz dünyanın yeni quruluşunun mərkəzinə çevriləcək və Azərbaycan ilə Gürcüstan da bu mərkəzin əsas aparıcı dövlətləri olacaq.
İki ölkənin enerji,nəqliyyat və digər istiqamətlərdə çoxlu planları var. Prezidentin çıxışında deyilir:” Biz- hər iki lider xalqlar arasında dostluğumuzu və tərəfdaşlığımızı möhkəmləndirmək üçün hər şeyi etmişik və edirik. Bu görüşlər tez-tez və ənənəvi xarakter daşıyır”. Prezident İlham Əliyevin çıxışında Gürcüstanın vasitəçilik rolu barədə fikirləri də yer alıb: “Cənubi Qafqaza sülh lazımdır. Regionda çətinliklər hələ də qalır, Cənubi Qafqazda sülh hələ tam bərqərar olmayıb. Bildiyiniz kimi bu gün bir neçə ölkə və beynəlxalq təşkilatlar normallaşma prosesində vasitəçi rolundadır. Mənim fikrim budur ki, istər tarixi aspektlərdən, istərsə də coğrafi baxımdan ən düzgün seçim Gürcüstandır. Biz hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkliyirik. Necə ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkliyir. Gürcüstanın Ermənistan-Azərbaycan məsələsində iştiraki zəruridir. Əsrlər boyu xalqlarımız çox mehriban qonşular olub. Bu, Cənubi Qafqaz regionu üçün vacibdir. Ermənistan razılığını bildirsə, biz dərhal Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlərə başlayacağıq”. “Ümid edirəm ki, Cənubi Qafqazda Gürcüstan, Ermənistan və Azərbaycanın da iştirakı ilə üçtərəfli əməkdaşlığın baş tutacağı siyası mühit və vəziyyət yaradacağıq. Bu, enerji, ticarət, sərmayə qoyuluşu və bir çox digər istiqamətlərdə uğurlu əməkdaşlıq olacaq”
Dövlət başçısının Gürcüstan səfəri oradakı soydaşlarımızın problemlərinin həllinə də kömək edəcək. 11 ildən sonra Gürcüstanda yaşayan azərbaycanlılarla görüşən dövlət başçısı onların qayğıları ilə maraqlanıb. Heç bir məktəbi təmirsiz vəziyyətdə görmək istəmədiyini deyən prezident İlham Əliyevin bununla bağlı SOCAR-ın rəhbərliyinə lazımi göstərişlər də verib. Prezidentimizin Gürcüstan səfəri soydaşlarımızın problemlərinin həlli ilə yanaşı, iqtisadi və siyasi baxımdan da əhəmiyyətli hesab olunur. Görüşdə avtomobil və dəmir yollarının, limanların tikintisini əhatə edən Orta dəhlizin inkişaf strategiyası müzakirə olunub. Gürcüstandakı görüşlərin nəticəsi olaraq təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə imzalanıb.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
Kimya müəllimi Şəbnəm Rəhimova

Oxşar xəbərlər