Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə nazirləri görüşəcəklər

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə nazirləri görüşəcəklər Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sektorunda məsul nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Oxu.az xəbər verir ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdə iştirak etmək üçün avqustun 23-də Gürcüstana səfər edəcək.

Səfər çərçivəsində o, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də görüşəcək.

Oxşar xəbərlər