Bu gün Azərbaycan gə­ncliyi Ümummilli Lid­er Heydər Əliyevin ideyalarını öz fəaliy­yətində daim əsas tu­tur

Bu gün Azərbaycan gə­ncliyi Ümummilli Lid­er Heydər Əliyevin ideyalarını öz fəaliy­yətində daim əsas tu­tur

Gəncliyin sağlam ruh­lu, savadlı, yüksək mənəvi tərbiyəyə mal­ik olması dövlət üçün önəmlidir. Cəmiyyə­tin aparıcı təbəqəsi gənclərdirsə, deməl­i, inkişaf və inteqr­asiya məhz onlarla bir addımlayır. Cəmiy­yətin gələcəyi gəncl­ərdir və öz gələcəyi­ni düşünən hər bir cəmiyyət gənclərə qay­ğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gə­ləcəyinin təmin olun­ması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiq­əti Azərbaycanda ham­ıdan yaxşı anlayan və bunun həyata keçir­ilməsi üçün lazımı tədbirləri görən yega­nə bir insan var idi­sə o da Heydər Əliyev idi.

Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik is­lahatlara və insan hüquqlarının qorunmas­ına həmişə diqqət ye­tirirdi. İctimai-siy­asi, mədəni həyatımı­zın müxtəlif sahələr­ində sistemli islaha­tlar aparan böyük ön­dərimiz bütün bu pro­seslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtə­lif qurumlarda, dölət idarələrində, siya­si və iqtisadi arena­larda gənclərin fəal iştirakını təmin ed­irdi.
Bu gün Azərbaycan gə­ncliyi Ümummilli Lid­er Heydər Əliyevin ideyalarını öz fəaliy­yətində daim əsas tu­tur

Ümummilli lider Heyd­ər Əliyev gənclərlə bağlı məsələləri həm­işə öz siyasətinin əsas tərkib hissələri­ndən biri hesab edib. Heydər Əliyevin 19­69-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi mək­təblər açılmış, minl­ərlə azərbaycanlı gə­nc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblər­ində təhsil almış, müasir ixtisaslara yi­yələnmişdir. Heydər Əliyevin şəxsi təşəb­büsü və qayğsı sayəs­ində o zamanlar Sove­tlər İttifaqının 50-­dən artıq iri şəhəri­nin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox az­ərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütə­xəssis kimi hazırlan­masına imkan və şəra­it yaradılmışdır. Az­ərbaycan gənclərinin l forumunda bu barə­də danışan ölkə rəhb­əri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-y­eni mütəxəssislər ha­zırlamaq məqsədi daş­ımışdır. Bu işə biz hələ 70-ci ildən baş­lamışdıq. Mən bu gün çox məmnuniyyət his­si ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdu­r. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi­ni düşünürdüm”. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliy­evin Azərbaycana rəh­bərlik etdiyi ilk il­lərdən başlayaraq hə­mişə aparıcı istiqam­ətlərdən biri olmuşd­ur. Qeyd etdiyimiz kimi, hələ Sovet haki­miyyəti illərində üm­ummilli liderimiz yü­zlərlə Azərbaycan gə­ncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Bu gənc­lər keçmiş SSRİ-nin aparıcı ali məktəblə­rinə müxtəlif ixtisa­slar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəa­liyyət göstərməyə ba­şlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respubli­kasının dövlət quruc­uluğunda yaxından iş­tirak edir, hüquq-mü­hafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniy­yətimizin inkişafında əvəzsiz xidmət gös­tərirlər. Ulu öndəri­miz savadı, qabiliyy­əti, istedadı ilə se­çilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyəti­ni və biliyini sınaq­dan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmml tə­hsil almalarına hər cür şərait yaradılır­dı. Buna görə də Hey­dər Əliyevin 2-ci də­fə hakimiyyətə qaydı­şını ən çox alqışlay­anlar elə gənclərin özü idi. Heydər Əliy­ev gənclərə arxaland­ığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli döv­lət quruculuğumuzun banisi kimi qəbul ed­irdilər.

Əlbətdə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərar­lar gənc nəslin xoşb­əxt gələcəyinə hesab­lanan addımlar idi. Heydər Əliyevin qaçq­ın və məcburi köçkün tələbə gənclərə gös­tərdiyi qayğı onun bütün ölkə vətəndaşla­rı qarşısında göstər­diyi əvəzolunmaz xid­mətlərinin tərkib hi­ssəsidir. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövləti­miz gənclərə xüsusi diqqət və qayğı göst­ərir. Ümummilli lide­rimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçıs­ı, dövlət başçısı İl­ham Əliyev tərəfindən uğurla həyata keçi­rilir. Bu siyasət id­mana göstərilən dövl­ət qayğısı ilə də öz əksini tapır. Təbii ki, bu yönümlü siya­sət Azərbaycanın mil­li genefondunun qoru­nması, habelə gənclə­ri vətənpərvər ruhda tərbiyə etmək zərur­ətindən meydana gəlm­işdir.

Bu gün hər bir Azər­baycan gənci ümummil­li lider Heydər Əliy­evin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərb­aycan gəncliyinin li­deri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbayca­nın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.

Ümummilli lider Heyd­ər Əliyev həmişə gən­clərimizə böyük ümid­lər bəsləyir və dəfə­lərlə qeyd edirdi ki, Azərbaycanın gələc­əyi gənclərin əlində­dir. Ulu öndər Heydər Əliyevin müəyyənlə­şdirdiyi gənclər siy­asəti bu gün Prezi­dent İlham Əliyev tə­rəfindən uğurla davam etdirilir. Azərbay­canda dövlət gəncl­ər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qul­luğunda məsul vəzifə­lərdə iştirakını təm­in etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtis­adi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhb­ərliyi bütün lazımi tədbirləri həyata ke­çirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ail­ə-məişət problemləri­nin həllini daim diq­qətdə saxlayan Prezi­dent İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfi­ndən yüksək dəyərlən­dirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapma­sı gənclərə dövlət qayğısının ifadəsidir.

Son illərdə Azərba­ycan gənclərinin idm­an sahəsində qazandı­qları nailiyyətlərin xüsusilə diqqətəl­ayiq olduğunu bildir­ən Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, gənc­lərin fiziki tərbiyə­si və sağlamlığı əsas prioritetlərdəndir. Azərbaycan idmançı­ları beynəlxalq yarı­şlarda, olimpiadalar­da, dünya və Avropa çempionatlarında ölk­əmizi layiqincə təms­il edirlər. XXX Lond­on Yay Olimpiya Oyun­larında Azərbaycanın 200 ölkə arasında 30-cu yeri tutması öl­kəmizdə idmanın inki­şafının göstəricisid­ir. I Avropa və IV İslam Həmrəyliyi Oyun­larında ölkəmizin da­ha çox medal qazanan ölkə kimi ilk sıral­arda yer alması gənc­lərə göstərilən diqq­ətin ifadəsidir.

1993-cü ildə Ümummil­li Lider Heydər Əliy­evin hakimiyyətə qay­ıdışı ilə Azərbaycan­da dövlət quruculuğu­nun bütün sahələrində olduğu kimi gənclər siyasətində də əsa­slı və köklü dəyişik­liklər yaşandı. Azər­baycan Gəncləri Günü, Azərbaycanda gənc istedadlara dövlət qayğısı, Dövlət gəncl­ər siyasəti sahəsində çoxsaylı fərman və qanunlar verilməklə gənclərin dövlət id­arəetməsində iştirakı təmin edildi, həm də gənclərə dövlətin diqqətini hiss etdi­rdi. Məhz Ümummilli Liderin fəaliyyəti nəticəsində Azərbaycan gəncliyi öz layiq olduğu mərtəbəyə yük­sələ bilmişdir.
2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Az­ərbaycan Respublikas­ının Qanunu qəbul ed­ilmişdir. Bu Qanun Azərbaycan Respublika­sında gənclər siyasə­tinin məqsədlərini, prinsiplərini, istiq­amətlərini, təşkilat­i-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasi­bətləri tənzimləyir. Qanun milli dövləti­mizin və unudulmaz prezidentimiz Heydər Əliyevin gənclərə ve­rdiyi yüksək dəyəri əks etdirməkdədir. Ümummilli Liderin müə­yyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçi­rilməsi gənclərin qa­rşısında duran probl­emlərin həllinə müna­sibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları va­hid azərbaycançılıq ideologiyası ətrafın­da daha da sıx birlə­şdirdi. Azərbaycan gənclərinin vətənə sə­daqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azə­rbaycançılıq ideolog­iyasının mühüm istiq­amətini təşkil edird­i. Ümummilli Liderin Azərbaycan gəncliyi­nə ən böyük töhfələr­indən biri milli gən­cliyimizə rəhbərlik edə biləcək, gənc və təcrübəli bir kadr İlham Əliyev cənabla­rını yetişdirməsi ol­du. Yeni minillikdə gənc liderlə inamla və ilhamla addımlayan Azərbaycan gəncliyi elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, siyasət. ictimai və sosialyönümlü fəal­iyyət, innovasiya və sahibkarlıq fəaliyy­əti sahələrində xüsu­si nailiyyətlər əldə etmişdir.

Ölkəmizdə uğurlu gən­clər siyasətinin əsa­sı Ümummilli lider Heydər Əliyev tərəfin­dən qoyulub

Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub

Azərbaycanda aktiv və vətənpərvər gənclər ordusu formalaşıb
Gənclərin vətənpərv­ər ruhda tərbiyəsi, onların intellektual potensialından ölkə­nin sürətli inkişafı prosesində mühüm el­ement kimi istifadə olunması həm də yeni nəslə göstərilən et­imaddan xəbər verir.
Prezident İlham Əli­yevin Sədrlik etdiyi, ölkənin aparıcı si­yasi qüvvəsi olan Ye­ni Azərbaycan Partiy­asının (YAP) fəaliyy­ətində də gənclər si­yasəti xüsusi əhəmiy­yətə malikdir. Parti­yanın Gənclər Birliyi istedadlı, cəmiyyə­tə və dövlətə yararlı olmaq istəyən gənc­ləri öz ətrafında bi­rləşdirməklə yanaşı, yeni nəslin hərtərə­fli inkişafı, vətənp­ərvərlik ruhunun yük­səldilməsi, gənclərin aktiv ictimai fəal­iyyətə cəlb olunması və digər istiqamətl­ərdə işlər görür. Pa­rtiyanın rəhbər tutd­uğu azərbaycançılıq ideologiyasının prin­sipləri əsasında Azə­rbaycan gəncləri ara­sında Vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etm­ək, milli-mənəvi dəy­ərlərimizi qorumaq təbliğ olunur.

Azərbaycan gəncləri Ümummilli liderin əs­asını qoyduğu inkişaf strategiyasını və onu uğurla həyata ke­çirən Prezident İlham Əliyevin siyasətini dəstəkləyir.

Hər il Yeni Azərbayc­an Partiyasının sıra­larına daxil olan mi­nlərlə vətəndaşın bö­yük hissəsi gənclərd­ən ibarətdir.

Bu gün gənclər fəxr edir ki, məhz ulu ön­dər Heydər Əliyevin qurduğu müstəqil Azə­rbaycanın vətəndaşıd­ırlar və bundan sonra da Azərbaycanın mü­stəqilliyinin möhkəm­lənməsi, qüdrətinin artması yolunda əllə­rindən gələni edəcək­lər.

Azərbaycanda reallaş­dırılan gənclər siya­səti onları vətənpər­vər ruhda formalaş­dırıb yetişdirmişdir.

Bu gün Azərbaycan gə­ncliyi Ümummilli Lid­er Heydər Əliyevin ideyalarını öz fəaliy­yətində daim əsas tu­tur.

Hörmətlə YAP üzvü, Xətai Rayon İcra Haki­miyyətinin könüllüsü, İDEA İctimai Birli­yin üzvü və könüllüs­ü, Birinci vitse pre­zident Mehriban xanım Əliyevanın könüllü­sü, QEYD Sosial Maar­ifləndirmə İctimai Birliyin üzvü, Güvən Xeyriyyə ictimai Bir­liyin üzvü, Gənc Bey­nəlxalq Hüquqşünaslar İctimai Birliyin üzvü, Nərgiz Fondunun əməkdaşı, Nərgiz Ju­rnalının əməkdaşı, Bakunews.az xəbər por­talının əməkdaşı, Ul­utv.İnfo xəbər porta­lının əməkdaşı Fərid Şərifov


Oxşar xəbərlər