Bu gün Azərbaycan Özbəkistan arasında hərtərəfli əlaqələr mövcuddur

Bu gün Azərbaycan Özbəkistan arasında hərtərəfli əlaqələr mövcuddur



Ermənistan-Azərbaycan münaqişəsində həmişə Özbəkistan bizə dəstək olmuşdur. Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri ölkələrimiz arasında növbəti dostluq töhfəsi kimi xarakterizə oluna bilər.
Bu gün Özbəkistanın Azərbaycana hədiyyə etdiyi məktəb dostluğun, qardaşlığın rəmzi kimi qəbul edilir,dəyərləndirilir və qiymətləndirilir.
Azərbaycan xalqının elm və mədəniyyətinə verilən qiymət elə Azərbaycanda keçirilən Özbəkistan mədəniyyəti günlərində bir daha təsdiqini tapdı.
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlandı.
Mədəniyyət günləri çərçivəsində nəzərdə tutulan böyük konsert proqramı,teatr tamaşalarının nümayişi,kitab sərgiləri və digər tədbirlər Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmişdir.
Bu tədbirin təntənəli açılışı Heydər Əliyev adına sarayında baş tutmuşdur.
Tədbiri Azərbaycanın mədəniyyət naziri Adil Kərimli açmışdır.200-dən çox sənətçinin qatıldığı bu tədbir Azərbaycan xalqını bir daha qardaşlığa,dostluğa ruhlandırmışdır.
Bu tədbir aydın məsələdir ki,bu iki dövlət başçısının möhkəm və davamlı səyləri nəticəsində baş tutmuşdur.Bu gün bu iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsi,bütün sahələr üzrə əməkdaşlığın geniş vüsət alması türk dünyasının qələbəsi deməkdir.
Artıq görürük ki,hər iki xalq ədəbi və bədii sahədə bir-birindən daha çox bəhrələnir.
Keçirilən konsetr proqramında böyük sevinclə izlənilən çıxışlar Azərbaycan dinləyiciləri tərəfindən sevinclə qarşılanıb.
Azərbaycanın Milli Kitabxanasında “Özbək ədəbiyyatı güşəsi”nin təqdimatı xüsusilə yaradıcılıq qatıb.
Kitabxanın direktoru, professor Kərim Tahirov kitabxanada mövcud olan özbək ədəbiyyatı haqqında məlumat verib.
Azərbaycanlıların və özbəklərin eyni növə,qədim tarixi münasibətlərə malik olduğu bir daha nəzərə çatdırılıb.
Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin ucaldılmış abidələri mədəni əlaqələrin ən parlaq nümunəsidir.
Dünyada birlik hər zaman lazımdır.Xüsusilə bu günlər Türk Dövlətlərinin mövcud dövrdə rolunun artığının bir daha şahidiyik.

Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
əməkdaşı Şəhla Mirzəbəyova

Oxşar xəbərlər