“BakıKart” mobil tətbiqi bu gündən fəaliyyətə başlayır

“BakıKart” mobil tətbiqi bu gündən fəaliyyətə başlayır “BakıKart” mobil tətbiqi bu gündən ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başlayacaq.

Ttətbiq üzərindən səfərləri planlaşdırmaq, gediş üçün kart balansını artırmaq mümkün olacaq.

Belə ki, tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini və şifrəni yazmaq kifayətdir.

Tətbiq üzərindən həmçinin asanlıqla marşrutları axtarmaq, təyinat yerinə ən yaxın dayanacaqları tapmaq və real vaxt rejimində avtobusları izləmək mümkündür.

Oxşar xəbərlər