Avtobuslarda bank kartları ilə ödəniş etmək mümkün olacaq

Avtobuslarda bank kartları ilə ödəniş etmək mümkün olacaq Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.

Bunu "K Group" MMC-nin ("BakiKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.


Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır: "Bu ilin sonuna kimi "BakıKart" aktiv olduğu ərazilərdə bu funksiya aktiv fəaliyyət göstərəcək".

Oxşar xəbərlər