Ceyhun Babayev: Qalib Azərbaycan

Ceyhun Babayev: Qalib Azərbaycan Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ceyhun Babayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Ceyhun Babayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ceyhun Babayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ceyhun Babayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ceyhun Babayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İş adamı Ceyhun Babayev - Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə səfər etmişdir. Cənab Prezidentin məhz Müstəqillik günündə Laçın rayonuna səfər etməsi bir çox nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Bu həm də Qarabağın Azərbaycan üçün böyük strateji, coğrafi və siyasi əhəmiyyətə malik olduğunun göstəricisidir. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşür. Ona görə də cənab İlham Əliyev hər zaman xalqın yanında olan Prezident kimi tanınır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub.

Ceyhun Babayev: Qalib Azərbaycan

Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Xalqımız 30 il ərzində o torpaqlara qayıtmağın həsrəti ilə yaşayırdı. Artıq bu həsrətə son qoyulub. Azərbaycanın 44 günlük Vətən müharibədə əldə etdiyi şanlı Qələbənin səbəbi şübhəsiz ki, xalq-iqtidar birliyidir. Ölkəmizin bütün bölgələrində cənab İlham Əliyevin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin bariz nümunəsidir. Xalqımızı dəmir yumruq kimi ətrafında birləşdirən Vətən müharibəsi milli birliyimizin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını hər zaman nümayiş etdirir.

Vətən müharibəsində möhtəşəm qələbə Azərbaycan dövlətinin qarşısında yeni hədəflər və vəzifələr qoyub. Ötən onilliklərdə iqtisadiyyatımız yaxşılaşdıqca, iqtisadi imkanlarımız yüksəldikcə, büdcəımiz də artıb, daha sosialyönümlü olub. İndi bizi növbəti mübarizə, növbəti və uzun yol, mərhələ gözləyir. Ölkə başçısının işğaldan azad olunan ərazilərə tez-tez səfər etməsi ondan xəbər verir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz bu ərazilərimizin yenidən qurulması və insanların yaşayışının təmin edilməsi tutur. Bu, görülən işlərin şəxsən Prezident İlham Əliyevin nəzarətində olduğunun göstəricisidir. Cənab Prezidentin rəhbərliyi altında dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, vətəndaşlarımızın tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir.

Ceyhun Babayev: Qalib Azərbaycan


Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev diplomatik və sərkərdəlik məharətilə Azərbaycanın tarixində yeni bir səhifə açdı - Qalib Azərbaycan ifadəsini tarixə silinməz izlərlə həkk etdi. Gələcək nəsillərə isə böyük ibrət, qəhrəmanlıq məktəbi miras qoydu. Bu gün hər bir Azərbaycan vətəndaşı böyük fəxarətlə deyə bilər ki, mən əmin-amanlığın, tərəqqinin, tolerantlığın tam bərqərar olduğu, bütün sahələrdə inkişafının ən yüksək zirvəsinə ucalmış bir dövlətdə yaşayıram.
Ceyhun Babayev: Qalib Azərbaycan

Oxşar xəbərlər

" alt="Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov" /> Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov
  • Xeyriyyəçi, iş adamı Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar Xeyriyyəçi, iş adamı Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar
  • j j
  • h h
  • d d
  • d d
  • i i
  • d d
  • Şəmkir rayon polis şöbəsinin rəisi Elnur Həsənov qazilərin, şəhid ailələrin ... Şəmkir rayon polis şöbəsinin rəisi Elnur Həsənov qazilərin, şəhid ailələrin ...
  • l l
  • d d
  • Dr.Aysel Zamanova: Vətən savaşında ərənlər, igidlər bəlli oldu Dr.Aysel Zamanova: Vətən savaşında ərənlər, igidlər bəlli oldu
  • Cəlil Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz  ... Cəlil Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz ...