Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir SOCAR müəssisələri ilə SDU arasında Anlaşma memorandumları imzalanıb

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir


18 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Dövlət Universitetinin (SDU) rəhbər heyətinin iştirakı ilə SDU-da tədbir keçirilib.
İlk öncə tədbir iştrakçıları Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Universitetin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə 2023-cü ilin ölkəmizdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğu qeyd edilib, bununla əlaqədar olaraq SOCAR tərəfindən həyata keçirilən müxtəlif tədbirlər haqqında danışılıb.
Bu xüsusda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və SOCAR-ın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda il ərzində keçirilməsi planlaşdırılan mühazirələr haqqında məlumat verilib, növbəti mühazirələrdən birinin SDU-da keçirilməsinə dair razılıq əldə olunub.
Görüş çərçivəsində SOCAR tərəfindən həyata keçirilən müxtəlif təhsil proqramlarının əhəmiyyətindən bəhs edilib, yüksək bilik və bacarıqları ilə seçilən perspektivli gənclərin SOCAR-da işlə təmin olunduğu bildirilib.
Görüşdə, həmçinin təlim, tədris, istehsalat təcrübəsi və elmi-tədqiqat sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda SDU və Bakı Ali Neft Məktəbi, həmçinin SDU və “SOCAR Downstream Management” MMC arasında Anlaşma memorandumları imzalanıb. Anlaşma memorandumlarının “Heydər Əliyev İli” çərçivəsində imzalanmasının əhəmiyyəti xüsusi olaraq vurğulanıb və ölkəmizdə rəqabətli insan kapitalının, habelə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə dəyərli töhfə verəcəyi qeyd olunub.

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir


Sumqayıt Dövlət Universiteti və Sumqayıt Apellyasiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş konfrans keçirilib

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin irsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
Bu münasibətlə aprelin 17-də Ədliyyə Nazirliyi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Sumqayıtda gənclər üçün “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda konfrans keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin məsul işçiləri, Sumqayıt apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, məhkəmə aparatının əməkdaşları, Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, SDU Həmkarlar İttifaqları Komitələri, SDU Tələbə Gənclər Təşkilatının sədri, SDU-nun tələbələri, Bakı Dövlət Universitetinin əməkdaş və tələbələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin Sumqayıt şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan maraqlı ekspozisiyalarla tanış olub, Ümummilli Liderə həsr olunan filmə baxıblar. Heydər Əliyev Mərkəzi ilə tanışlıq tələbələrdə xoş və zəngin təəssürat yaradıb.
Sumqayıt Məhkəmə Kompleksində davam edən tədbiri Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova açaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirlərdən bəhs edib. Bildirib ki, Ümummilli Liderin hər kəsə örnək olan tükənməz irsi daim öyrənilməli və ondan bəhrələnilməlidir. Bugünkü tədbirin məqsədi məhz Heydər Əliyevin dühası ilə bərqərar olmuş məhkəmə-hüquq sisteminin fəaliyyəti və aparılan islahatlar barədə tələbələri məlumatlandırmaqdır.

Sonra Ümummilli Liderin mənalı ömür yoluna və gərgin fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev çıxış edərək Ulu Öndərin müasir müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasında rolunu qeyd edib, dahi rəhbərin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə aparılan ardıcıl tədbirlər və yeniliklər barədə tələbələri məlumatlandırıb, Sumqayıtda müasir Məhkəmə Kompleksinin inşasını bu islahatların mühüm tərkib hissəsi olduğunu bildirib.
Çıxışlardan sonra tədbirdə sual-cavab sessiyası keçirilərək tələbələri maraqlandıran suallara aydınlıq gətirilib, maraqlı diskussiyalar aparılıb.
Konfrans çərçivəsində gənclər Sumqayıt Məhkəmə Kompleksində yaradılan müasir şəraitlə, o cümlədən ictimai və inzibati zonalar, məhkəmə iclas zalları, hakimlər üçün və digər otaqlarla, “Elektron məhkəmə” informasiya sistemi və tətbiq edilən rəqəmsal innovasiyalarla yaxından tanış olublar.
Sonda xatirə şəkilləri çəkdirilib.
Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir

Oxşar xəbərlər