
Mərasim Türkiyədə, prezident sarayında baş tutub. Mərasimdən fotoları Əminə Ərdoğan paylaşıb.
İftara Sərvər Bəşirlinin yaxın qohumları da dəvət alıblar.
İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.
Xatırladaq ki, Türkiyədə 6 fevral tarixində baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə tələsən Sərvər Bəşirlinin fotosu böyük rezonans doğurub, Türkiyə-Azərbaycan münasibətlərinin simvoluna çevrilib.//oxu.az




