Almaniyada Paşinyana ciddi xəbərdarlıq edilib

Almaniyada Paşinyana ciddi xəbərdarlıq edilib Martın əvvəlində Almaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyana ciddi şəkildə xəbərdarlıq edildiyi məlum olub.

“hraparak” xəbər verir ki, buna səbəb Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsidir.

“Mənbələrimiz deyirlər ki, o, həmin söhbətdən çox təsirlənib və ölkəyə qayıtdıqdan sonra dərhal Mərkəzi Bankın rəhbərliyi və digər qurumların nümayəndələri ilə iclas keçirib və göstərişlər verib. Həmin andan etibarən son bir ildə kifayət qədər canlı dövriyyəsi və gəlirləri olan bütün erməni şirkətləri Rusiya məhsullarına olan tələbatı ödədiklərinə görə birdən-birə hər şeydən məhrum olublar”, - deyə nəşr yazıb.

Oxşar xəbərlər