Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir

Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir
Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyev müsahibələrinin birində qeyd etmişdir ki, bizim normal dialoqa, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında sivil münasibətlərə ehtiyacımız var.
İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müaciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyin təzahürüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra işğaldan azad edilmiş torpaqların yenidən qurulması, postpandemiya dövründə ölkəmizin iqtisadi gücünün artırılması, əhalinin sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində atılan addımların müsbət nəticələri, ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə tədbirləri və s. bu kimi çoxşaxəli proseslərdə siyasi dialoq çərçivəsində müxalifət partiyalarının iştirak etmək istəklərini yüksək dəyərləndirilir.
Hazırda ölkədə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu fonda hakimiyyət müxtəlif təşəbbüslər vasitəsilə iqtidar-müxalifət dialoqunun, siyasi partiyalar arasında əməkdaşlığın yeni müstəvidə inkişafı üçün əhəmiyyətli addımlar atır. Prezident İlham Əliyevin söylədiyi kimi, hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur, cəmiyyət olaraq artıq bu dialoqun ilkin müsbət təzahürlərini müşahidə edirik. Ölkənin inkişaf və tərəqqisində mühüm strateji resurs hesab olunan milli və siyasi həmrəyliyin qorunması işində bütün mövcud potensialların səfərbər olunması istiqamətində ciddi addımlar atılır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan və ölkəmizdə fəaliyyət göstərən bütün əksər siyasi güclərin cəlb olunduğu siyasi dialoq prosesi ali siyasi iradənin ifadəsidir və bu prosesin davamlı olması dövlətçiliyimizin möhkəmlənməsi baxımından çox önəmlidir.
Prezident İlham Əliyevin “Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır”,- fikri bir daha onu deməyə əsas verir ki, məhz dövlətimizin başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində dialoq mühiti daha da inkişaf edərək ölkəmizin tərəqqisinə böyük töhfələr verəcək.


Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova

Oxşar xəbərlər