44 günlük Vətən müharibəsi dövründə millətimiz, dövlətimiz üçün vacib olan milli birlik formalaşdı

44 günlük Vətən müharibəsi dövründə millətimiz, dövlətimiz üçün vacib olan milli birlik formalaşdı
Müasir dövrümüzdə cəmiyyətin bütün sferalarında olduğu kimi siyasi sferada da məhsuldar və adekvat dialoq mühitinin formalaşdırılması çox vacib əhəmiyyət daşıyır. Yaxın keçmişə nəzər saldıqda ölkəmizdə dialoq mühitinin səmərəli olmasının bir sıra vacib nəticələrini müşahidə etmişik.
44 günlük Vətən müharibəsi dövründə millətimiz, dövlətimiz üçün vacib olan milli birlik formalaşdı. Yəni heç bir siyasi təşkilat, siyasi arenada olan şəxslər fərqli mövqe nümayiş etdirmədilər. Faktiki olaraq dövlətin, Ali Baş Komandanın, Ordumuzun yanında olduqlarını, 44 günlük müharibə və ondan sonrakı dövrdə də Ordumuzun qələbəsi üçün mümkün olan dəstəyi nümayiş etdirdilər. Yəni cəmiyyətdə çaxnaşmanın, xaosun olmaması, vahid fikrin mövcudluğu bütün diqqəti cəbhədə qələbəyə yönəltdi. Cəmiyyət bir yumruq şəklində birləşdi. Bunun sayəsində də biz 28 ildən sonra torpaqlarımızı işğaldan azad etdik. Bu, milli birlik, dialoq nəticəsində mümkün oldu. Təbii ki, dialoqun əsas nəticəsi məhz budur. Buna görə də əminliklə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir. Yəni cəmiyyətimiz, dövlətimiz üçün vacib məqamlarda bir ola və yumruğu bir yerə vura bilirik. İlham Əliyevin ölkədə yaratdığı münbit dialoq mühiti dövlətimizin çox vacib sınaqlardan üzüağ çıxmasına zəmin yaradıb. Cəmiyyət olaraq da hər bir vətəndaşımızın və eləcə də siyasi partiyaların əsəs vəzifəsi bu mühitə xələl gətirməmək və bu mühiti qorumaq olmalıdır.
Bu gün Azərbaycanda yeni siyasi mühit, siyasi həmrəylik mövcuddur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalarla, siyasi institutlarla dialoqun daha da möhkəmləndirilməsi prosesi gedir. Bütün bunlar yeni siyasi münasibətlərin formalaşdığını təsdiqləyir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Şübhəsizdir ki, bu dialoq mühiti ölkəmizin, dövlətimizin və cəmiyyətimizin gələcək inkişafının və çiçəklənməsinin qarantıdır.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev



Oxşar xəbərlər