Dialoqları inkar edən radikallar xarici qüvvələrin maraqlarına xidmət edir və onların manipulyasiya alətinə çevrilirlər

Dialoqları inkar edən radikallar xarici qüvvələrin maraqlarına xidmət edir və onların manipulyasiya alətinə çevrilirlər
İlham Əliyev daim çalışmışdır ki, cəmiyyətdə olan siyasi partiyalar siyasi dialoqlarda işrtirak etsinlər. Bunun üçün qanunlar qəbul etmişdir. O, bu partiyaların siyasi dialoqlarda fəal iştirakının dəstəkçisidir. İlham Əliyev hesab edir ki, onların bildirdiyi fikirlər bəzən iqtidarın görmədiyi qüsurları görür və ortaya çıxara bilir. Lakin bu da bir reallıqdı ki, ölkəmizdə siyasi partiyaların fəaliyyəti lazımi şəkildə aparılmır.
Hazırda elə partiya və təşkilatlar vardır ki, onlar siyasi dialoqlardan boyun qaçırır və peşakar fəaliyyətə xələl gətirən addımlar atırlar.Onların qeyri-rasional fəaliyyətləri ölkə başçımızı mövcud qanunvericilikdə dəyişiklər etməyə vadar etmişdir.
Bu zaman belə bir sual ortaya çıxır ki, bu qeyri-rasional addımlar nələrdir?
Dialoqları inkar edən radikallar xarici qüvvələrin maraqlarına xidmət edir və onların manipulyasiya alətinə çevrilirlər. Ölkədə müəyyən dönəmlərdə küçə etirazları keçirərək mövcud düzəni pozmağa çalışırlar. Radikal müxalifət partiyaları və dairələri Azərbaycan dövlətinin, millətinin maraqlarına dair məsələrdə pozucu mövqedən çıxış edirlər. Bütün işləri ötən illər ərzində qazandığımız zəfərlərə kölgə salmaq olan radikallar özləri də bilmədən mənfur düşmənin fikirlərinin köləsinə çevrilirlər. Bu kampaniyalarının əvəzində iqtidar onları qarşılıqlı müzakirə masasında görmək istəyir.
Qəbul edilmiş yeni qanunlar isə bütün bunların əksinə verilmiş qərarlardır. Açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir.

Zabrat qəsəbəsi, 75 nömrəli məktəbin
tarix müəllimi Kamilə Qurbanova

Oxşar xəbərlər