Mossada casusluqda ittiham olunan iranlı general şok açıqlama ilə gündəm oldu

Mossada casusluqda ittiham olunan iranlı general şok açıqlama ilə gündəm oldu SEPAH-ın Qüds Qüvvələrinin komandiri, casusluqda ittiham olunan və İran ordusu daxilində Mossad agenti olduğu iddia edilən briqada generalı İsmayıl Qaani həftələrlə davam edən sükutdan sonra yenidən ortaya çıxaraq çok açıqlama verib.

İsmayıl Qaani belə bir açıqlama ilə X sosial media platformasında çıxış edib.

"Netanyahu bölgədə təhlükəsizlik zonasını genişləndirməyi xəyal edirdi. Lakin şimalda Hizbullah və cənubda Ənsarullah (Husilər) tərəfindən atəş açılması İsrailin məskunlara verdiyi vədi pozdu. Müqavimət cəbhəsi artıq bir otaqdadır. Bölgənin yeni nizamına öyrəşin", - İsmayıl Qaani vurğulayıb.

Oxşar xəbərlər