Fransa Hərbi Hava Qüvvələrinin rəis müavini Dominik Tardif ordunu Rusiya ilə mümkün münaqişəyə hazırlamağın vacibliyini bildirib.O bunu "Politico"ya verdiyi açıqlamasında bildirib.
Tardif qeyd edib ki, Moskva 2028-2029-cu illərdə "NATO-nun gücünü sınaya" bilər, bu halda Fransa Hərbi Hava Qüvvələri alyansın şərq cinahında "ilk gündən ön cəbhədə" olacaq.
O, Baltikyanı ölkələrin öz qırıcı təyyarələrinin olmadığını və Rumıniyanın imkanlarının məhdud olduğunu vurğulayıb. Əlavə edib ki, Fransa da daxil olmaqla Qərbi Avropa dövlətləri Müdafiə Qərargahının rəisi general Fabien Mandon tərəfindən əvvəllər qeyd edilən mümkün "şok"a hazır olmalıdırlar.