Açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir

Açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir
Azərbaycan Respublikasının dövlət quruluşu xalq hakimiyyətinə əsaslanır. Ölkə Konstitusiyasında vətəndaşların hüquq və azadlıqları, siyasi azadlıqlar, demokratiya və fikir müxtəlifliyi əsas dəyərlər kimi təsbit olunub. Ölkə hakimiyyəti bu dəyərlərin bərqərar olması istiqamətində siyasət yürüdür.
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə mövcud olan siyasi institutlar, partiyalar arasında dialoq və anlaşma mühiti yaradılmasının zəruriliyi haqda dəfələrlə öz çıxışlarında mövqe bildirib.
Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyevin bu təşəbbüsləri daxili siyasi mühitin saflaşması və sabitliyin qorunması məqsədi daşıyır.
Prezident dialoqun ilkin nəticələrini belə təsvir etmişdi: “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır”.
Qeyd etməyə dəyər ki, 2020-ci ildə ölkəmizin ən böyük uğuru olan Vətən müharibəsindəki böyük Zəfərin qazanılmasında elə bu sağlam anlaşma bünövrəsinin də mühüm rolu olmuşdur.
44 günlük müharibədə qələbə qazandıqdan sonra da ölkə rəhbəri yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməyin zəruriliyini vurğulayırdı. Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı o, bildirirdi: “Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar.
Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür. Açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir. Odur ki, dialoqun inkar etməsi milli həmrəyliyə qarşı çıxış etmək deməkdir.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
Direktoru Gültəkin Rüstəmova


Oxşar xəbərlər