Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir
Nizami Gəncəvi Gəncə şəhərində anadan olmuşdur. O, Gəncə şəhərində yaşamış, buranı tərk etməmişdir. Nizami dövrünün elmlərinə yiyələnmiş, ərəb və fars dilləri də daxil olmaqla bir neçə dil bilmişdir.
Qədim dövr Azərbaycan ədəbiyyatına məxsus sənətkarların çoxundan fərqli olaraq, Nizami saraylara üz tutmamış, xalqın içində yaşayaraq özünün ölməz sənət əsərlərini qələmə almışdır. Humanist ideyaları yaşadan şair böyük nüfuz qazanmış və müdriklik zirvəsinə ucalmışdır. Prezident İlham Əliyev öz çıxışlarının birində demişdir: “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir”. Cənab Prezidentimiz böyük sənətkarın yaradıcıllığına dərin hörmətlə yanaşmışdır. Bu mövzuya o, X qlobal Bakı Forumunun açılış mərasimində öz münasibətini bildirmişdir.
Müdriklik-böyük ağıl və dərrakə sahibi olmaqdır. Müdriklik-aqillik, dünyanı anlamaq, kamala yetməkdir.
Nizami Gəncəvi müdrikliyi, uzaqgörənliyi sayəsində xalqının hörmətini qazanmış, ədəbiyyatımızı bir çox bənzərsiz surətlərlə zənginləşdirmişdir.
Dahi sənətkarın 30 il ərzində yazdığı “Xəmsə” adlanan poeması ona dünya şöhrəti gətirmişdir. Doğrudur, Nizami poemaları üçün “Xəmsə” adını işlətməmişdir. Bu ad poemalara sonradan verilmişdir. Hər poemada müəllif humanist düşüncələrə, müdrikliyə geniş yer vermişdir. Sənətkarın bu istedadı, müdrikliyi Azərbaycan xalqında da özünü təcəssüm etdirir. Həmçinin dövlətin idarə olunması, xalq və hökmdar münasibətləri, məhəbbətin insan xarakterində buraxdığı iz bu gün də qorunub gələcək nəsillərə ötürülməkdədir. Rəhbərimizin dediyi kimi, müdriklik və istedad bir-biri ilə sıx əlaqəlidir.
Hesab edirəm ki, müdriklik ağıllılıqdan doğur. Ağıllı insan daim uca tutulur, onun həyat yolu işıqlı, nurlu olur:
Hər kimdə ki vardısa, ağıllılıq cövhəri,
O bacarır hər işi, parlar onun gövhəri.

Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Məmmədova

Oxşar xəbərlər