Balaca fidanların boğazına şərik olan bağça müdirəsi Leyla Cabbarovanın çiçək açmayan arzuları

Balaca fidanların boğazına şərik olan bağça müdirəsi Leyla Cabbarovanın çiçək açmayan arzuları
Balaca fidanların boğazına şərik olan bağça müdirəsi Leyla Cabbarovanın çiçək açmayan arzuları



İnkişaf etmiş ölkələrdə təhsilin ən əsas pilləsi ilkin olaraq məktəbəqədər təhsil müəssisəsi sayılır. Uşağın idrakı və təfəkkürü formalaşır, uşağın özünü aparması, müəyyən bilikləri, sanitariya-gigiyena qaydalarına əməl etməsi, pozitiv davranışlara əməl etməsi bu pillədə yaranır. Məktəbəqədər təhsil müsəssisələrinin təmiri, əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, ən önəmli məsələ, təlim və tərbiyə prosesinin düzgün təşkil olunmasıdır. Bu müəssisələri bir neçə il əvvəl Təhsil Nazirliyindən təhvil alan və sonra da geri qaytaran Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarında təlim və tərbiyəni həyata keçə biləcək müxtəxəssis heyəti yox dərəcəsindəydi. Yerli icra hakimiyyəti strukturlarının istər məktəbəqədər təhsil müəssisələri üçün kurrikulumun, tərbiyəçi müəllimlərin hazırlanması, təkmilləşməsi və onların yetişdirilməsi üçün ali məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi kimi mürəkkəb prosesləri həyat keçirmək imkanları yox idi.
Gerçəklik bundan ibarət idi ki, məktəbəqədər müəssisələrdə sırf korrupsiya mühiti hökm sürürdü. Amma bəzi müəssisələrdə korrupsiya sırf subyektiv amildən – həmin müəssisənin rəhbərindən asılıdır. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Daşqın Bəkirov adına körpələr evi –uşaq bağçasının müdiri Leyla Cabbarova kimi. Əlimizdə sözügedən məktəbəqədər uşaq müəsisəsində reallaşdırılan korruptiv maxinasiyaları, mənimsəmələri sübuta yetirəcək qədər faktlar, Cabbarovanın bağçaya verilən ərzaq məhsullarını özünə yaxın ünvanıbəlli mənzillərə yığdıraraq sonradan marketlərdə satdırmasını təsdiqləyən materiallar var. Bağçanın ştat cədvəlində adları gedə-gedə, işə çıxamayan, maaş kartları müdirənin seyfində olan şəxslərin də kimliyini müəyyənləşdirmişik. L.Cabbarovanın yaxın çevrəsinə aid olan, lakin kimliyinin hələlik anonim qalmasını istəyən mənbədən öyrənmişik ki, bağça müdirəsi uşaq müəssisələri hələ Bakı ŞİH-nin nəzdində olduğu dönəmdə ailə biznesi qurmaq üçün böyük borcların altına girib və işlərin o zamankı gedişatı onun planlarının baş tutacağını vəd edirmiş. Lakin uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılandan sonra hər şey alt-üst olub. Məlumatda qeyd olunur ki, L.Cabbarova hələ də vaxtaşırı zəngləşdiyi keçmiş məsləhətçi rəfiqələri ilə - Bakı ŞİH-nin Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsindən Tamella xanımla və meriyanın Ticarət Departamentindən Çiçək xanımla dərdləşərək çiçək açmayan arzularını, nostalji duyğularını, narahatlıqlarını bölüşməkdədir.
Yaxşı olar ki, Baş Prokurorluq L.Cabbarovadan başlayaraq, uşaqların boğazına şərik çıxan bu mütəşəkkil cinayətkar qrupun üzvlərinin qanunazidd korrupsiya əməllərinin istintaqına start versin.
İbrahim Hümbətov

Oxşar xəbərlər