Orbita MTK | Sizin də eviniz olsun! - ÖZƏL

Orbita MTK | Sizin də eviniz olsun! - ÖZƏL Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.

BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ

Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də Famil Bağıyev edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. "Orbita” MTK-nın rəhbəri Famil Bağıyev Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.

Famil Bağıyev 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında "ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

"ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyevin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Son günlər bəzi internet saytlarında "ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, "ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.





Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Orbita MTK"-nın rəhbəri Famil Bağırovdur.

"Orbita MTK" sakinlərin təhlükəsizliyi mühafizə xidməti və videomüşahidə sistemi vasitəsilə təmin ediləcək.
Yaşayış Kompleksinin birinci mərtəbəsi sosial və kommersiya yönlü obyektlərin yerləşdirilməsi üçün satışa təklif olunur. “Avtomobilsiz həyət” konsepsiyası sayəsində kompleksin həyətyanı sahəsi sakinlərin tam sərəncamına veriləcək. Burada uşaqlar üçün oyun, yaşlılar üçün istirahət yerləri yaradılacaq. Avtomobillər xüsusi mühafizə olunan giriş vasitəsilə yeraltı dayanacağa daxil olacaq.

Özünə məxsus üslubda inşa edilən bu yaşayış kompleksinin görkəmi onu qəsəbənin bütün digər binalarından fərqləndirəcək.
Yaşayış Kompleksinin tikintisində müasir texnologiyalardan və yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur. Betonun keyfiyyəti xüsusi laboratoriyalarda yoxlanılır. Qurulan drenaj sistemi və həyata keçirilən hidroizolyasiya işləri, təməldə olan istinad divarlarının nəmə və qrunt sularına qarşı ikiqat müdafiəni təmin edəcək. Bina yüksək seysmik davamlığa malik olacaq.

Tikinti işlərinə artıq başlanılıb. Mənzillər satışa tam dizayner təmirli təklif olunurlar. Təmirsiz mənzil almaq istəyən alıcılar mənzillərində təmir işlərini bina təhfil verilən tarixə kimi başa çatırmalıdırlar. Buda öz növbəsində bina təhfil verildikdən sonar bu kimi işlərlə bağlı səs-küyün və digər narahatçılıqların aradan qaldırılmasına zəmin yaradacaq. Binanın fasad görkəmini həmçinin blokların görkəmini, layihəsini dəyişə biləcək işlərə icazə verilməyəcək! Mənzillərdə təmir zamanı, binanın konstruksiyasına xələl gətirə biləcək işlərin aparılmasına icazə verilməyəcək!

"Orbita MTK" Yaşayış Kompleksində təklif olunan mənzillərin sahələri, qiymətləri və təmir üslubu, burada mənzilləri alanların yüksək statuslu insanlar olacaqlarını deməyə əsas verir..

Oxşar xəbərlər