İdmana olan marağın günü-gündən artmasının, idman sahəsində əldə edilən nəaliyyətlərin əsasını idmana göstərilən xüsusi dövlət qayğısı təşkil edir

İdmana olan marağın günü-gündən artmasının, idman sahəsində əldə edilən nəaliyyətlərin  əsasını idmana göstərilən  xüsusi dövlət qayğısı təşkil edir
Bir ölkədə idmanın inkişafı həmin dövlətin sağlam inkişafının təməlidir. Azərbaycanda idmanın çoxsahəli və yüksək inkişafı sağlam əsaslarla inkişafımızın bariz nümunəsidir.
Cari ilin yanvar ayının doqquzunda 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Çıxışı zamanı Prezident İlham Əliyev idman sahəsində qazanılan uğurları diqqət mərkəzinə çatdıraraq, son dövrlər əldə edilən uğurların daha da artdığını vurğulamışdır.
İllər keçdikcə idmanın müxtəlif sahələrinə olan maraq azalmamış, daha da artmışdır. Eyni zamanda Azərbaycanın müxtəlif idman yarışlarına ev sahibliyi etməsi ölkəmizi bütün dünyada idman ölkəsi kimi tanıtmışdır.
İdmana olan marağın günü-gündən artmasının, idman sahəsində əldə edilən nəaliyyətlərin əsasını idmana göstərilən xüsusi dövlət qayğısı təşkil edir. Dövlətimiz hər zaman isdedadlı gənclərə öz dəstəyini göstərmişdir.
Dövlət başçısı İlham Əliyevin başçılığı ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və islahatlar nəticəsində Azərbaycan dünyada öz inkişaf tempinə görə sürətlə irəliləyən dövlətə çevrilmişdir.
Müxtəlif vaxdlarda idmançılarımızın qatıldıqları hər bir idman tədbirlərində əldə etdikləri naəliyyətlər Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir. Dövlətimizin daxili siyasətinin ən vacib istiqamətlərindən biri hər zaman gənclərə qayğı olmuşdur.
Bu gün sadəcə idman sahəsində deyil, bütün sahələrdə ölkəmiz öz tarixinin ən şərəfli dövrünü yaşayır.


Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər