f

f Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Neft -qaz müəlliməsi Abbasova Günel "Qara qızıl "mövzusunda təqdimat keçirib. .Təqdimat zamanı Günel müəlim "Azərbaycanda neftin tarixi", "İkinci dünya müharibəsi zamanı Azərbaycan neftinin rolu","Neft daşları"və s. mövzularda çıxış edib.
1 Neft Qaz qrup tələbəsi Qasımzadə Rövşən "Şirvanda neft sənayesinin inkişafı " mövzusunda danışıb. Tədbirdə daha sonra "Əsrin müqaviləsi" ,"Azərbaycan nefti kinomatoqrafiyada" mövzularından bəhs edilib,videoçarxlar izlənilib . Kollecin Əməkdar Tarix müəllimi Mehran Əhməd qızı çıxış edərək Azərbaycanda Neft Strategiyası mövzusunda ətraflı məlumat verib. Sonda Samir Cəfərovun "Neftçilər mahnısı" səsləndirilib.Musiqi müəllimi Sevda Həsənovanın dəstəyi ilə hazırlanmış tədbir uğurla sona çatıb.

f
f
f
f
f
f
f
f
f
f


Ümummilli lider Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir.
12.XII. 2022-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda Anım Günü tədbiri baş tutub. Tədbirdə kollecin müəllim kollektivi iştirak ediblər.
Dövlət himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçmiş Qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ümummilli Liderə həsr olunmuş film nümayiş olunduqdan sonra çıxış etmək üçün söz kollecin direktoru Barxudar Barxudarova verilib.O, Ulu öndər Heydər Əliyevin xalqa həsr olunmuş ömür yolundan bəhs edib. Sonra Kollecin iqtisadiyyat müəllimləri Elçin Məlikov "Heydər Əliyev və Azərbaycan İqtisadiyyatı", Günel Abbasova "Heydər Əliyev və Neft strategiyası" mövzusunda çıxış ediblər.
Rəsmi hissə bitdikdən sonra bədii hissə başlayıb.
Kollecin tələbələri: Elmira İbrahimova, Elminaz Gülməmmədova, Gülmirə Mikayılova, Aysu Qarayeva, Lamiyə Zaidova və Elnur Mahmudov ümummilli liderimiz Heydər Əliyevə həsr edilmiş şeirlər və mahnılar səsləndiriblər. Kollecin tərbiyə işləri üzrə direktor müavini-Aidə Əsədova və musiqi müəllimi Sevda Həsənovanın birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbir yüksək səviyyədə sona çatıb.

f
f
f
f
f
f
f
f
f
f


f

Oxşar xəbərlər