İrəvan və Bakının sülhün əldə olunmasında səmimi olduğunu görürük.Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Hər iki tərəfin səmimi olduğunu görürük. Azərbaycanın bağlayacağı sülh müqaviləsi region xalqları üçün mühüm sabitliyə yol açacaq", - nazir Fidan deyib.
Nazir bildirib ki, yekun razılaşmanın imzalanması və Ermənistan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə iqtisadi və enerji təhlükəsizliyində əhəmiyyətli nəticələr gözlənilir. Zəngəzur dəhlizi Türkiyə üçün regional əlaqələrin gücləndirilməsi
baxımından çox vacibdir.
"Bu məsələ ilə bağlı Avropa İttifaqı ilə sıx əlaqə saxlayırıq. Sülh müqaviləsi imzalandıqdan sonra regionda əhəmiyyətli və müsbət inkişaflar olacaq", - Hakan Fidan vurğulayıb.