
Mərasimdən öncə tədbir iştirakçıları, o cümlədən Həştərxan vilayəti və şəhərinin rəsmi nümayəndələri, diaspor təmsilçiləri, iş adamları, ictimaiyyətin nümayəndələri, azərbaycanlı tələbələr və şəhər sakinləri tərəfindən Həştərxan şəhərindəki Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsi önünə əklillər qoyulmuşdur.
Anım mərasimi Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbində davam etmişdir. Mərasimin əvvəlində tədbir iştirakçıları Ulu öndərin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.