ABŞ nümayəndə heyəti İslamabada gedirİran razılaşmadan imtian edib razı olmasalar, son 47 ildə digər prezidentlərin İranla etməli olduqları etməkdən şərəf duyacağam.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.
"Artıq cənab yaxşı oğlan yoxdur! Onlar tez və asanlıqla təslim olacaqlar. Əgər onlar razılaşmaya razı olmasalar, son 47 ildə digər prezidentlərin İranla etməli olduqları şeyi etməkdən şərəf duyacağam", - Tramp yazıb.
İranı atəşkəs razılşamasını pozmaqda ittiham edən Tramp deyib ki, atəşə tutuduğu gəmilərin çoxu Fransa və Birləşmiş Krallıq gəmiləri olub.
"Bu, çirkin idi, elə deyilmi? Nümayəndələrim Pakistanın İslamabad şəhərinə gedirlər. Onlar sabah axşam danışıqlar üçün orada olacaqlar. İran bu yaxınlarda boğazı bağladığını elan edib və bu da qəribədir, çünki bizim blokadamız artıq onu bağlayıb", -Tramp qeyd edib.
Tramp onu da əlavə edib ki, tehran heç fərqinə varmadan bizə kömək edirlər və keçidin bağlanması səbəbindən gündə 500 milyon dollar itirənlər də məhz onlardır.
O əlavə edib ki, ABŞ-ın itirəcək bir şeyi yoxdur: “Əslində, hazırda bir çox gəmilər həmişə "sərt adam" olmaq istəyən SEPAH sayəsində ABŞ-a, Texasa, Luiziana və Alyaskaya neft yüklənmək üçün gedir! Biz çox ədalətli və ağlabatan sövdələşmə təklif edirik. Ümid edirəm ki, onlar buna razı olacaqlar, çünki əgər razılaşmasalar, ABŞ İrandakı hər bir elektrik stansiyasını və hər bir körpünü sıradan çıxaracaq”.
Tramp sonda onu da qeyd edib ki, İranın “qətl maşınını bitirməyin" vaxtıdır.
CNN isə İran mənbələrinə istinadən xəbər verir ki, İran nümayəndə heyəti çərşənbə axşamı ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gedəcək.
Mənbələr nümayəndə heyətinin tərkibinin xarici işlər naziri Abbas Araqçi və parlament sədri Məhəmməd Baqer Qalibafın da daxil olduğu əvvəlki raunddakı ilə eyni olacağını gözləyirlər.
Tehran həmçinin çərşənbə günü atəşkəsin uzadılması ilə bağlı simvolik birgə bəyanatın veriləcəyini gözləyir.
Mənbələr əlavə ediblər ki, əgər hər şey yaxşı gedərsə və ABŞ prezidenti Donald Tramp İslamabada səfər etməyə razı olarsa, İran prezidenti Məsud Pezeşkian da gedəcək və "prezidentlərin birgə görüşü" keçiriləcək və onlar birgə "İslamabad Bəyannaməsi"ni imzalayacaqlar.
Tramp nümayəndə heyəti göndərəcəyini elan etdikdən bəri Tehrandan nümayəndə heyətinin İslamabada gedəcəyi ilə bağlı rəsmi təsdiq yoxdur.
Qeyd edək ki, İranın rəsmi dövlət xəbər agentliyi IRNA iddia edir ki, İran hökuməti danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib.