ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ DAŞKƏSƏNDƏ QEYD OLUNUB

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ DAŞKƏSƏNDƏ QEYD OLUNUB Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibəti ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektivlər, şəhid valideynləri, qazilər, rayon YAP fəalları, ictimaiyyət nümayəndələri və sakinlər Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsini gün ərzində ziyarət edib, gül-çiçək dəstələri düzərək xatirəsini anıblar.

Eyni zamanda Daşkəsən rayon Heydər Əliyev Mərkəzinə baş çəkilib, burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu foto-stendlərə baxış keçirilib.


Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini


ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ DAŞKƏSƏNDƏ QEYD OLUNUB
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ DAŞKƏSƏNDƏ QEYD OLUNUB
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ DAŞKƏSƏNDƏ QEYD OLUNUB

Oxşar xəbərlər