Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub.

Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.

Həmçinin Tədbirlər Planına əsasən Azərbaycanda “Heydər Əliyev - 100” yubiley medalı təsis ediləcək.

Yubiley medalının təsis edilməsi 2023-cü ilin yanvar-may ayı üçün nəzərdə tutulub.

2023-cü ildə eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları buraxılacaq.

Tədbirlər Planında poçt markaları və xatirə nişanlarının gələn ilin mart-may aylarında dövriyyəyə buraxılması nəzərdə tutulub.

Oxşar xəbərlər