Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib

Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib
Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunan ölkələrimiz arasında birliyi nümayiş etdirməklə yanaşı dostluq və qardaşlıq əlamətidir. Yüz ildən çox bir müddətdə Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmış Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamlıdır. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik. 2006-cl ildən təşkilatın müşahidəçi statusunda üzv olan Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasındakı münasibətlərin xüsusi xaraketir var. Torpaqları otuz il Ermənistan işğalı altında qalmış Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bütün bu işğal illəri ərzində Ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlığı Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik.
2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi” ilə elan edilmiş və ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. BMT- dən sonra ikinci ən böyük beynəlxalq təssisat, 120 ölkəni bir araya gətirən Qoşulamama Hərəkatının sədri kimi Azərbaycan Beynəlxalq arenada mühüm rol oynayır. Azərbaycan 2019-cu ildən bu təssisatın sədridir və sədirliyimiz 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük.
Azərbaycan Qoşulmama Hərəkatına sədriliyi Covid-19 dövrünə təsadüf etmişdir. Biz 2020-ci ilin dekabrında keçirilmiş və sırf Covid-19 ilə müharibəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbüskarı olduq. Bu dövürdə resursları olmayan ölkələr əziyyət çəkməyə məcbur idi. Azərbaycan bu məsələdə bir daha peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı. BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək Azərbaycan öz ərazilərini güc yolu ilə azad etdi. Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icarasına başlayıb və buna öz resursları hesabına edir.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Firuzə Mahmudova


Oxşar xəbərlər