Tovuzda ağır qəza: 2 ölü, 3 yaralı

Tovuzda ağır qəza: 2 ölü, 3 yaralı Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Report xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində "VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Hümbətov Həzirətabbas Yaşar oğlu və 2005-ci il təvəllüdlü Atayev Aykut Sahib oğlu hadisə yerində dünyasını dəyişiblər.

Daha 3 nəfər - 2009-ci il təvəllüdlü Hüseynov Uğur Rafiq oğlu, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər