Gürcüstandan Ukrayna əleyhinə bəyanat: “Tələb edirik…”

Gürcüstandan Ukrayna əleyhinə bəyanat: “Tələb edirik…” Kiminsə Avropa İttifaqına (Aİ) namizəd statusu almaq hüququ varsa, bu, Gürcüstandır, daha sonra isə Ukrayna və Moldovadır.

“Georgia-online” xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

“Ukraynanın müharibə vəziyyətində olduğunu əsas gətirib və bu namizədlik statusunu da müharibə müəyyən edirsə, o zaman mən üzr istəyirəm, dostlar, biz müharibə istəmirik, layiqli status tələb edirik” -Qaribaşvili hökumətin iclasında bildirib.

O daha sonra deyib ki, biz gürcü xalqının demokratiya quruculuğu uğrunda 30 illik mübarizəsi və son 9 ildə həyata keçirdiyi islahatlar nəticəsində qazandığı layiqli statusu tələb edirik: “Biz ancaq bunu xahiş edirik. Mən bunu açıq şəkildə Davosda da, Bratislavada da, Brüsseldə də dedim. Biz xüsusi və layiq olmayan bir şey istəmirik, biz layiqli status istəyirik”.

Oxşar xəbərlər