Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insan, "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insan, "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Aqibət Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Yol mədəniyyətdir. Hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yollar rahat, gözoxşayan, hamar və səliqəli olanda insan qəlbi riqqətə gəlir. Təsadüfi deyildir ki, son vaxtlar respublikamızın prezidenti, möhtərəm İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri, diqqət və qayğısı nəticəsində respublikamızda bütün yollar və körpülər abadlaşdırılır, bərpa edilir, yenidən qurulur. Bu işdə öz dəsti-xətti, zəhməti olan müəssisələrdən biri də "Gəncə Körpü Tikinti-2" ASC-dir. Yarandığı vaxtdan indiyədək işini günün tələbləri səviyyəsində quran müəssisənin əsas prinsipi belədir: qarşıya qoyulan vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək. Hər zaman yeniliklər tətbiq edən, uğurlu işlərə imza atan "Gəncə Körpü Tikinti-2" ASC-nin kollektivi hazırda gərəkli fəaliyyətini davam etdirir, insanların rahatlığı naminə bütün qüvvə və bacarığını sərf edir.

"Gəncə Körpü Tikinti-2" ASC Respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan azsaylı müəssisələrdən biridir. Bundan əlavə, müəssisə şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarını tikinti-quraşdırma işlərini də həyata keçirir. Müəssisə rəhbərliyinin başlıca məqsədi daim irəli getmək, elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etmək, yeni istehsal texnologiyalarına yiyələnmək, görülən işləri beynəlxalq standartlar səviyyəsinə qaldırmaq, tapşırıqları keyfiyyətlə, təhlükəsiz, vaxtında, ekoloji və əmək mühafizəsi tələblərini pozmadan yerinə yetirmək və işçi personalının rifah halını yaxşılaşdırmaqla yanaşı, dövlətimiz üçün infrastrukturların inkişaf etdirilməsinə nail olmaqdır.

"Gəncə Körpü Tikinti -2" ASC də yüksək ixtisaslı və təcrübəli kadrlar cəmlənib. Müəssisədə tikinti təsərrüfatı sahəsində yüksək hazırlıq səviyyəsi olan peşəkarlar çalışır. Hal-hazırda müəssisədə 350-yə yaxın işçi qüvvəsi çalışmaqdadır.
"Gəncə Körpü Tikinti -2" ASC dünyanın qabaqcıl texnika istehsalçılarının istehsal etdikləri Mercedes Benz, Ford, Kamatsu, Kato, Mann, Liebherr, Bomaq, Caterpillar, Casagrande, Solimec və s. bu sahədə dünya üzrə məşhur olan digər texnika istehsalçısı olan şirkətlərin məhsullarını alıb öz texnika parkında cəmləşdirmişdir. Ümumilikdə şirkətimizin balansındakı texnika və avadanlıqların sayı 160-yə yaxındır.

"Gəncə Körpü Tikinti-2" ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılmışdır. 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Müəssisənin 35 illik istehsalat təcrübəsi vardır. Bu müddət ərzində kollektiv tərəfindən xeyli sayda körpü keçidləri, yolötürücüləri tikilmiş, avtomobil yolları salınıb istifadəyə verilmişdir.

"Gəncə Körpü Tikinti-2" ASC Respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan müəssisələrdən biridir. Bundan əlavə, şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarının tikinti-quraşdırma işlərini də həyata keçirir. Müəssisə rəhbərliyinin başlıca məqsədi daim irəli getmək, elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etmək, yeni istehsal texnologiyalarına yiyələnmək, görülən işləri beynəlxalq standartlar səviyyəsinə qaldırmaq, tapşırıqları keyfiyyətlə, təhlükəsiz, vaxtında, ekoloji və əmək mühafizəsi tələblərini pozmadan yerinə yetirmək və işçi personalının rifah halını yaxşılaşdırmaqla yanaşı, dövlətimiz üçün infrastrukturların inkişaf etdirilməsinə nail olmaqdır.

"Gəncə Körpü Tikinti-2" ASC ilk dəfə Azərcaycan Respublikasinda ölkə prezidentinin "Bakı şəhərində Nəqliyyat Sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı" sərəncamına müvafiq olaraq yanaşma divarları ilə birlikdə uzunlugu 2 kmdən artıq olan nəhəng körpü kompleksinin inşaasını uğurla tamamlayaraq istismara vermişdir.

Oxşar xəbərlər