Təbrizdə qırıcı təyyarə stadiona düşdü, ölənlər var - VİDEO

Təbrizdə qırıcı təyyarə stadiona düşdü, ölənlər var - VİDEO İran Hərbi-Hava Qüvvələrinə məxsus F-5 döyüş təyyarəsi qəzaya uğrayıb.

İRİB xəbər verir ki, təyyarə Təbrizin Münəccim prospektindəki Şəhid Əlipur adına idman stadionuna düşüb.

İranlı general Rza Yusefinin dediyinə görə, böyük insan təlafatı olmaması üçün 2 pilot təyyarəni yaşayış yerindən uzaqlaşdıraraq stadiona düşüblər. Pilotlar özlərini katapult edə bilmədiyindən hər ikisi də dünyasını dəyişib.


Oxşar xəbərlər