İlon Mask Marsa insanları göndərməyin qiymətini açıqladı

İlon Mask Marsa insanları göndərməyin qiymətini açıqladı İnsanların Marsa göndərilməsi hazırki şərtlərdə 1 trilyon dollara başa gələ bilər.

"Bu sözləri “Speys X” şirkətinin rəhbəri, milyarder İlon Mask deyib.

“Biz Marsda koloniyalar yarada bilmərik, çünki indi bu, çox bahadır. Hazırki dövrdə insanların Marsa göndərilməsi 1 trilyon dollara başa gələcək. Məsələ burasındadır ki, bir raket kifayət deyil, insanlara tibbi təchizat, kommunikasiya vasitələri gərəkdir”, - deyə Mask bildirib.

Qeyd edək ki, milyarder bundan öncə də yaxın 5-10 il ərzində Marsda koloniyaların yaradılması planının olduğunu açıqlayıb.

Oxşar xəbərlər