Şirkətlərinin “Facebook” səhifəsini sildi — İlon Maskdan ŞOK QƏRAR

Şirkətlərinin “Facebook” səhifəsini sildi — İlon Maskdan ŞOK QƏRAR “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask şirkətlərinin “Facebook”dakı rəsmi səhifələrini silib.
“Cambridge Analytica” şirkətinin 50 milyona yaxın insanın şəxsi məlumatını “Facebook”dan ələ keçirməsindən sonra “deletefacebook” (Facebook-u sil” kampaniyası başlayıb.

Mask Tvitterdəki izləyicilərinin tələbi ilə şirkətlərinin “Facebook” səhifələrini silib. İlon “SpaceX” şirkətinin də “Facebook”da bir səhifəsi olduğunu və yaxın müddət ərzində onu da siləcəyini bildirib.
Səhifələrin sosial şəbəkədə 2.5 milyon izləyicisi var idi.

Oxşar xəbərlər