30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı soyqırım törədib.

30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı soyqırım törədib. Azərbaycanın qədim və əzəli bölgələrindən olan Qarabağ həm də Qafqzın mədəni mərkəzlərindən hesab olunur. Azıx mağarasından tapılan arxeoloji mənbələr Qarabağı dünyanın ilk insan mərkəzlərindən olmasınısübüt edir.Bu ərazi e.ə. IV əsrdən – eramızın VIII əsrinin əvvəllərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyasının və Azərbaycan Eldənizlər dövlətinin, XIII-XV əsrlərdə Elxanilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, 1501-1736-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin, 1748-1821-ci illərdə isə Qarabağ xanlığının tərkibində olmuşdur. Gülüstan və Türkmənçay müqavilələrindən sonra Rusiya imperiyası tərəfindən işğala məruz qalan Qarabağa illər uzunu Qacar İranı və Osmanlı imperiyasından 100 minlərlə erməni köçürülür. Elə o vaxtdan havadarlarının xeyir-duası ilə Qarabağın mədəni abidələrinə,əsasən də Türk-müsəlman abidələrinə qarşı erməni terroru başlayır. Min ildən çox dövr ərzində Qarabağda tikilən Alban kilsələri, məbəd və monastrları, hətta qəbirləri belə həyasızcasına hamının gözü qarşısında erməniləşdirilir, alban kitablarının hamısı məhv edilir.

Sovet dövründə bu proses davam etdirilsə də Ulu öndər Heydər Əliyevin baş katib olduğu dövrdə (1969–1982-ci illər) Azərbaycanın bütün bölgələri ilə yanaşı Qarabağada yeni nəfəs gəlir. Xain qonşuların bəd əməllərinin qarşısına sədd çəkilir. Qarabağda milli abidələrin bərpasına, yeni muzeylərin, qoruqların yaradılmasına başlanıldı. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi təmtəraqla, beynəlxalq səviyyədə qonaqların gəlişi, xüsusi abidənin qoyulması, bu barədə bütün SSRİ məkanında elan verilməsi ,sənədli filmin çəkilib müxtəlif dillərə tərcümə edilməsi dahi şəxsiyyət olan H.Əliyevin uzaqgörənliyini sübut etməklə yanaşı ermənilərin Azərbaycana gəlmə olmasını təkzib edilməz fakta çevirdi. Lakin H.Əliyev hakimiyyətdən uzaqlaşdırılan kimi Qarabağda yenə qara yellər əsməyə başladı.

1991-1994-cü illərdə birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri də işğal edildi. 20 min nəfərdən artıq azərbaycanlı həlak oldu, 4866 nəfər itkin və əsir düşdü, girov götürüldü. Təxminən 100 min nəfər yaralandı, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur. Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası,

tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdur. İşğal olunmuş ərazilərdə qalan 402 ibadət yeri, məbəd, müqəddəs ziyarətgah o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdir. 500-dən çox qəbirstanlıqda qəbrlər dağıdılır. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir. Ermənilərin Azərbaycan mədəni irsinə vurduğu zərbəni, törətdiyi vəhşiliyi indiyə qədər heç bir işğalçı etməmişdir.

Nəhayət Azərbaycan xalqının səbri tükəndi. Müzəffər baş komandan İ.Əliyevin rəhbərliyi ilə dəmir yumruq əməliyyatına başlayan rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi gedişində Qarabağı azad etməsi nəticəsində oradakı tarixi-memarlıq abidələri də erməni tapdağından azad oldu.

Azərbaycan dövləti azad olunmuş ərazilərdə müharibədən dərhal sonra geniş quruculuq-abadlıq işlərinə başladı. Eyni zamanda törədilən erməni vandalizmini dünya ictimaiətinin diqqətinə çatdırmaq üçün də müntəzəm işlər görülür. Azərbaycan dövlət başçısının azad edilən ərazilərə müntəzəm ziyarətləri, dünya media qurumlarının, xarici ölkə səfirlərinin gəlişi, Şuşa şəhərində beynəlxalq tədbirlərin keçirilməsi buna misaldır. İlham Əliyevin bu işdə də fəaliyyəti gözəçarpandır. İlham Əliyevin 2021-ci ilin dekabr ayının 14-də Belçikaya səfəri zamanı çıxışları, aparıcı dövlət başçıları ilə görüşləri, müsahibələr verməsi buna parlaq misaldır. Bu görüşlər zamanı bağlanan sazişlər, verilən bəyanatlar Azərbaycanın növbəti qələbəsi kimi qiymətləndirilir.

Azərbaycan xalqı heç vaxt heç nəyi yaddan çıxarmayacaqdır.

Zabrat qəsəbəsi, X.Vəliyev adına 75 saylı tam orta məktəbin

tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər