
Elmi tədqiqatın nəticələri “Theranostics” dərgisində nəşr olunub.
Professor Tsu-Tan Veyin rəhbərliyi altında alimlər iPSC lizatlardan (dağılmış hüceyrə məhsulları) CpG immunostimulyatoru ilə birləşmiş şəkildə istifadə ediblər. Bu kombinasiyanın tətbiqi heyvanlarda immun reaksiyanı aktivləşdirib və şişlərin böyüməsini əhəmiyyətli dərəcədə azaldıb.
Eyni zamanda, vaksin yalnız terapevtik deyil, həm də profilaktik vasitə kimi işləyib: xərçəng hüceyrələri ilə yoluxdurulmazdan əvvəl preparat verilmiş siçanlar xəstəliyə dayanıqlı olublar.
Kütləvi spektrometriya və kompüter modelləşdirməsi vasitəsilə tədqiqatçılar həm iPSC-də, həm də xərçəng hüceyrələrində aktiv, lakin sağlam toxumalarda, demək olar ki, rast gəlinməyən iki zülalı — HNRNPU və NCL-i müəyyən ediblər. Məhz bu zülallar immun sisteminin hədəfinə çevrilib: dendrit hüceyrələri onları T-hüceyrələrinə “tanıdaraq” güclü şiş əleyhinə reaksiyanı işə salıblar.