Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.Görüşün Həştərxanda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.