XOŞ GƏLDİN, LAÇIN

XOŞ GƏLDİN, LAÇIN Mənim adım Laçındır.Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biri idim.Bir zamanlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olsam da,1930-cu ildə artıq müstəqil inzibati rayon olaraq yaradılmışdım.Əvvəllər adım Abdallar idi.Lakin XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi Simurq yaxınlığındakı dağın adını mənə verir.Və elə o gündən etibarən də Laçın adlanmağa başladım.Bu ad ”məğrurluq” anlamına gəlirdi.Necə deyərlər,adım da həyatıma yansımışdı.Nə qədər çətin həyat yaşamağıma baxmayaraq,öz məğrurluğumu daim qoruyub saxlaya bilmişdim.Başıma hansı müsibətlərin gəldiyini isə az sonra sizlərə danışacam.Hələlik isə özüm haqqında sizlərə daha geniş məlumat verim...
       Ulu Yaradan məni elə bil özü üçün,özünün mələkləri üçün yaratmışdı. O qədər gözəl idim ki...Əsasən, dağlıq ərazidə yerləşməyimə baxmayaraq öz gözəlliyimlə sanki bütün dünyaya meydan oxuyurdum. Mən axı ‘’dağlar gözəli’’idim... Dağlarımdakı qədim və möhtəşəm mədəniyyət abidələri ilə təbiət sanki vəhdət təşkil edirdi.Bulaqüstü abidələr,antik qalalar bu əraziyə öz gözəlliyi ilə möhtəşəm görkəm verir.Təbiət bu torpaqdan öz əsrarəgiz gözəlliyini,təbii sərvətlərini və bol-bol nemətlərini əsirgəməmişdi.Ərazimdə 300-ə yaxın tarixi mədəniyət və memarlıq abidələri,onlarla kurqan,çoxlu sayda qəbirüstü abidələr var. Cicimli,Güləbird,Soltanlar,Zeyvə,Malıbəy,Yənqıça,Bülövlük,Araflı,Əliqululu, Malxələf,Hüsülü,Kosalar,Seyidlər,Pircahan,Kürdhacı və digər kəndlərdəki tarixi abidələr torpağımda min illər boyu yaşayan əcdadların bu günkü nəslə yadigar qoyduğu nişanələr idi.Məlikəjdər türbəsi,Ağoğlan məbədi,Həmzə Soltan  sarayı, Dəmirovlu Pir məbədi,Cicimli kəndindəki məbəd,qədim anbar,Güləbirddə Sarı Aşığın qəbirüstü ziyarətgahı,tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi.Muzeydə toplanmış nadir eksponatlar haqqımda dolğun təsəvvür yaradırdıTəəssüf ki,işğal nəticəsində bu tarixi incilər də təcavüzün qurbanına çevrildi.Bütün bunlar az imış kimi,tarixin yadigarları, milli mədəniyyət abidələrimiz olan qala və məbədlər saxtakarcasına erməniləşdirilərək dünyaya ‘’qədim erməni xalqının yazılı abidələri’’adı altında təqdim olunmağa başlayır. Onu da qeyd edim ki, Azərbaycan Respublikası ərazisində mövcud olan tarixi mədəniyyət abidələri içərisində xüsusi önəmə malik bu nümunələr Qafqaz Albaniyası dövrünün yadigarlarıdır.Bu abidələrin 73-ü dövlət tərəfindən qeydiyyata alınıb.İşğal dövründə tarixi saxtalaşdıran Ermənistan tərəfi meşə fondunun xeyli hissəsini də məhv etməkdən çəkinmir. Narzan,istisu,turşsu kimi mineral bulaqlar,həmçinin qızil,civə,kükürd,əhəng daşı,mərmər kimi faydalı qazıntılarla da zəngin idim.
     Müqəddəs yerlərdən biri də Böyük Seyidlər kəndindəki Seyid Hüseyn ziyarətgahı olmuşdur. Bu kənddəki ziyarətgahların siyahısına daxil olanlardan biri də ‘’Güllü qəbir’’ piri idi ki,orada Hacı İbrahim ağa dəfn edilmişdi.Məlumatlara əsasən,o, Qarabağ ellərinin ağır övliyalarından sayılan Xudavəndə Xəlifınin nəvəsi idi. Ağoğlan məbədi isə Kosalar kəndi ərazisində yerləşir.V-VI əsrlərə aid bu alban monastrı əvvəllər qəsr olmuş,lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastr formasına salınmışdır.Köhnə divarlar üzərində yeniləri tikilsə də,abidə ilk bün övrəsini olduğu kimi saxlamış və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilmişdir.Tikilən qəsr vaxtilə ’’Qaranquş qəsri’’adı ilə də bilinmişdir.
      Məlik Əjdər türbəsi üzərində kitabə olmadığından onun nə vaxt inşa edildiyini təyin etmək çətindir. Abidəni görən İ.Şeblik onun  Səlcuqlar dövrünə aid olduğunu qeyd edir.Cicimli kəndi yaxınlığında yerləşən bu türbə memarlıq folklorunun dəyərli bir örnəyidir.Dəmirovlu Pir məbədi isə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.
      Mənim gözəlliyim təkcə tariximin qədimliyi ilə bitmirdi. Yaşıllıqlar içində şəhər idim mən. Təmiz hava necə deyərlər,insanı məst edirdi.Gözəl meşələrim,saf sularım,şəlalələrim,göllərim,isti bulaqlarım, ceyranlarım-cüyürlərim,dağ başında düzənlərim,ucsuz-bucaqsız yaylaqlarım vardı.Haqqımda mahnılar belə bəstələnirdiBu mahnılar təkcə təbiətimi deyil,taleyimi də vəsf edirdi.Məhəbbət Kazımov haraylı səsi ilə’’Laçınım...Laçınım..’’ deyərək təkcə burada doğulanları deyil,eyni zamanda o yerləri görmək həsrəti ilə alışıb-yanan hər kəsi bu yerlərə səsləyir.
      Neçə-neçə qəhrəman övladlar yetişdirmişdim mən. O övladlar ki,1992-ci il mayın 18-də işğal olunarkən məni müdafiəyə qalxmışdılar.İsrafil Şahverdiyev,Kamil Nəsibov,Fazil Mehdiyev,Oqtay Güləliyev,Ələsgər Novruzov,Əvəz Verdiyev Qorxmaz Eyvazov kimi milli qəhrəmanlarım vardı.Əlbəttə,onlar məni qoruyan,mudafiə edən yüzlərlə insandan bir qismi idi.İşğal nəticəsində əhali etnik təmizləməyə məruz qalmış və xeyli sakin Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşamağa məcbur olmuşdur.Ən çətin günlər də elə bundan sonra başladı.İşğal prosesi ilə ölkədə yeni faciələrin,torpaq itkilərinin əsası qoyuldu.Çünki,böyük strateji əhəmiyyət kəsb edirdim.Belə ki,Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçirdi.İşğaldan sonra Ermənistan üçün bu yol açıldı.Uzun illər boyu fəaliyyət göstərən bu dəhliz,Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olmuşdu.ErmənistanQarabağın bütün hərbi,texniki və mülki təminatını bu yol vasitəsi ilə həyata keçirmişdir.Məhz buna görə də,Laçın dəhlizinin Azərbaycana qaytarılması erməniləri Qarabağ ərazilərinə nəzarətdən  məhrum edirdi.
     Tam 28 il bu günü gözləmişdim.Gözləmişdim ki,bir gün məni mənfur düşmənin əlindən xilas edəcəklər.Nəhayət,o gün gəlmişdi...27 Sentyabr 2020.O tarix ki,44 günlük  müharibənin başlanğıcı idi.O tarix ki,məni anbaan xilasa aparırdı.Hər keçən gün ordu bir qədər irəliləyir,işğal altında olan rayonları,kəndləri azad edirdi.Həsrətlə mənə çatacaq günü gözləyirdim.Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev,Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli bəyanat imzalanır.Bəyanata görə,15 noyabr 2020-ci ilədək Kəlbəcər,20 noyabradək Ağdam,dekabrın 1-dək isə Laçın rayonu Ermənistan tərəfindən geri qaytarılır.Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində azadlığa qovuşmuşdum.Bu azadlıq azərbaycanın ərazi bütövlüyünün əsasını qoydu.
     Yolumu gözləyən xeyli insan vardı.Bu illər ərzində  bir gün hər şeyin əvvəlki kimi olacağı, hər şeyin bitəcəyi ümidi ilə ayaqda dura bilmişdim.Bütün gözəlliklərimi məhv edib,sinəmə dağ çəksələr də,nə qədər müsibətlər görsəm də öz məğrurluğumu,şuxluğumu itirməmişdim...Mən axı LAÇIN idim...
     Hər il 18 may tarixi hüznlü,kədərli gün olaraq yaddaşlarda qalmışdı.Lakin 2021-ci ilin 18 mayı daha kədərli tarix kimi qeyd olunmayacaqdı.Bu gün bayram günü kimi tarixə düşəcəkdi.Uzun illərdən sonra mən artıq öz doğmalarımla bərabər idim,onlara qucaq açmışdım.Onlar qədər sevinir,onlar qədər ağlayırdım.Lakin bu göz yaşları sevincdən doğurdu.

Ülkər Rza

Oxşar xəbərlər