"İstərdim ki, Azərbaycanla bağlı problemlər həll olunsun" - Ermənistan prezidenti

"Mürəkkəb məsələ olsa belə, mən istərdim ki, Azərbaycanla bağlı problemlər həll olunsun".

Bunu Ermənistanın prezidenti Armen Sərkisyan rus mətbuatına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə yaxşı münasibətlər qurmaq gözəl olardı, amma bu, bir az çətindir: "Ermənistan cəmiyyəti gələcəkdə həssas suallar verə bilər”.

Sərkisyan qeyd edib ki, hər şey mümkündür: "Fransa və Almaniya bir əsr boyunca bir-biri ilə vuruşdular, lakin İkinci Dünya Müharibəsindən sonra hər şey dəyişdi".

Oxşar xəbərlər