Bu qələbə xalqımız haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı

Bu qələbə xalqımız haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı Prezident İlham Əliyevin 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibəsi zamanı “Münaqişə artıq öz həllini tapıb” fikri hər cür dəlillərlə öz təstiqini tapır.

Min illər boyu torpaqlarımız hər zaman yağıların hücumuna məruz qalıb. Hər dövrdə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəmanlarımız olub. Onlar hər zaman dövlətimizi parçalamağa qoymayıb.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin işğalına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

XXI əsrin qəhrəmanı, Koroğlusu, Babəki İlham Əliyevdir. 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımızı tam olaraq düşməndən azad etdi.Bunu yaratdığı güclü ordu sayəsində və özünü güclü siyasəti nəticəsində etdi. Ali Baş komandanın əmri ilə ordumuz Qarabağı düşməndən azad etdi,bütöv Azərbaycan yarandı. Buna şübhəsi olan həm xarici ölkələrə, həm də Ermənistana dövlət başçımız hər zaman layiqli cavabını verir və bunu həmin yerlərdə quruculuq işləri görməklə, yaratmaqla göstərir. Hal-hazırda da xarici ölkə jurnalistlərini Qarabağa səfərlər edir, torpaqlarımızın yağından azad olunduğunun canlı şahidi olurlar. Münaqişəni qələbə ilə başa çatdıran Ali Baş Komandanla və ordumuzla daim qürur duyuruq!

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin

fizika müəllimi Pərvanə Hüseynova

Oxşar xəbərlər