
APA xəbər verir ki, bunu Niger hökuməti təsdiqləyib.
Bildirilib ki, dövlət çevrilişinə cəhdlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl yerli KİV çərşənbə günü gecə, təxminən saat 03:00-da prezident sarayının yaxınlığında atəş səsləri eşidilib.
Naməlum şəxslər tərəfindən iriçaplı silahlardan atəş açılıb. Təhlükəsizlik qüvvələri cavab atəşi açsalar da, bir saat sonra vaxtaşırı şəhərin müxtəlif nöqtələrində silahlı insident davam edib.