
“Xocalının səsi” onlayn teatr Xocalı Soyqırımını və Böyük Zəfərimizi əks etdirən iki səhnədən ibarət oldu. Gənclərimiz ilk səhnədə 1992–ci ildə Xocalıda törədilən soyqırımı, ermənilərin dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən ibarət səhnələri canlandırıblar. İkinci səhnə isə 44 günlük Vətən müharibəsində qazandığımız zəfəri əks etdirib.
Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olub, gənclərimizin sosial və fərdi inkişafını təmin etmək məqsədi ilə fəaliyyət göstərir. Gənclər Evi olaraq ödənişsiz kurslar və seminarlar təşkil edərək, gənclərimizin asudə vaxtının səmərəli təşkili, eyni zamanda, onların təkliflərinin həyata keçirilməsi istiqamətində işlər görülür. Gənclərin bilik və bacarıqları inkişaf etdirilərək cəmiyyətə faydalı fərd kimi qazandırmaq Sabunçu Gənclər Evinin qabaqcıl məqsədidir.







