Sabunçu Gənclər Evi ilə “Azərbaycan universitetlərinə virtual infotur”

Sabunçu Gənclər Evi ilə “Azərbaycan universitetlərinə virtual infotur” Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə onlayn “Azərbaycan universitetlərinə virtual infotur” layihəsinə start verilib.
“Azərbaycan universitetlərinə virtual infotur” layihəsinin keçirilməsində məqsəd - abituriyentlərin gələcək ixtisas və universitet seçimlərində yaxından köməklik göstərmək, onların rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə universitet nümayəndəliyi vasitəsilə öz suallarına cavab tapmağa şərait yaratmaq, ali təhsil müəssisələrinin ixtisaslaşdığı istiqamətlər üzrə tələbələr üçün yaratdığı şərait və imkanları abituriyentlərə təqdim etməkdir.
Layihənin ilk dörd günündə ali təhsil müəssisələrindən Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin onlayn təqdimatları keçirilib. Sabunçu Gənclər Evinin “Facebook” və “Youtube” səhifəsindən canlı olaraq yayımlanan təhsil müəssisələrinin təqdimatları sosial şəbəkə üzərindən 4457 nəfərə çatıb, 1661 nəfər izləyib.
Gənclər ali təhsil müəssisələrinə virtual infotur müddətində universitetlərlə və onların yaratdıqları imkanlarla yaxından tanış olub, gəncləri maraqlandıran suallar universitet nümayəndəliyi tərəfindən cavablandırılıb.
Nəzərinizə çatdırırıq ki, “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi 1-30 iyun tarixlərində davam edəcək. İmtahan verəcək gənclər Sabunçu Gənclər Evinin sosial şəbəkə səhifələrini izləyərək təqdimat tarixlərindən xəbər tuta bilərlər.
Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.

Təqdimatların linkləri:
1)Bakı Ali Neft Məktəbi - shorturl.at/vxyDP
2)Azərbaycan Dövlət İqtisad Universiteti - shorturl.at/cEHY5
3)Bakı Biznes Universiteti - shorturl.at/ozHZ8
4) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - shorturl.at/amqz1

Oxşar xəbərlər