Azərbaycanlı aktyor Kamran Yunisə ağır itki üz verib.Oxu.az xəbər verir ki, bununla bağlı aktyor özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, atası Aydın Yunis vəfat edib. Qeyd edək ki, bu, aktyorun ailəsində son bir həftədə ikinci ağır itkidir. Bir həftə öncə K. Yunisin anası dünyasını dəyişib.