Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb

Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb Bərdə şəhərindəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində dağıdılıb.
Bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

"Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıbBərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıbBərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıbBərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıbBərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıbBərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb

Oxşar xəbərlər